Vilayət Eyvazov Şirvanda qəbul keçirib
19:38 28 Fevral 2020
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov fevralın 28-də Şirvan şəhərində daxili işlər orqanlarının fəaliyyətinə və səlahiyyətinə aid məsələlərlə əlaqədar növbəti qəbul keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, general-polkovnik Vilayət Eyvazov əvvəlcə şəhərin mərkəzində, Ulu Öndərin adını daşıyan parkda ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub, əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra şəhər polis şöbəsində Şirvan da daxil olmaqla Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab və Saatlı şəhər və rayonlarından müraciət edən 25 nəfərlə görüşən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini dinləyib, problemlərinin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə konkret tapşırıqlar verib.
Müraciətlərin böyük əksəriyyəti yerindəcə həllini tapıb.
Tədbirdə iştirak edənlər göstərilən diqqət və qayğıya, bölgələrdə mütəmadi olaraq vətəndaşların qəbulunun təşkilinə, icra orqanlarının rəhbərləri tərəfindən müraciətlərinə operativ münasibətə və həssas yanaşılmasına görə Azərbaycan Prezidentinə minnətdarlıq ediblər.
Femida.az
Oxunub: 430
Oxşar xəbərlər
- Vilayət Eyvazov Elnur Zeynalovu Bakıda yüksək vəzifəyə TƏYİN ETDİ
- Vilayət Eyvazov mayoru yüksək vəzifəyə təyin edib
- Vilayət Eyvazov Göyçayda vətəndaş qəbulu keçirib
- Vilayət Eyvazov generalın qohumunu yüksək vəzifəyə təyin edib
- Vilayət Eyvazov Polis Akademiyası rəisinin birinci müavinini təqaüdə göndərib
- Vilayət Eyvazov Lənkəranda vətəndaşları qəbul edib
- Vilayət Eyvazov Lənkəranda vətəndaşları qəbul edəcək
- Vilayət Eyvazov generalı yüksək vəzifəyə təyin edib
- Vilayət Eyvazov baş leytenanta VƏZİFƏ VERDİ
- Vilayət Eyvazov bu bölmənin rəisini nöqsanlara görə işdən çıxardı