ÜST Azərbaycanda koronavirusun aşkarlanması barədə məlumat yayıb


20:02     28 Fevral 2020 2020/02/DD8FD03E-EDAA-4F16-963B-B9FC57A82CE4_1582906423.jpeg



Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda koronavirus xəstəliyinə (COVID-19) ilk yoluxma halının qeydə alındığını təsdiq edir.

Femida.az-ın xəbərinə görə, bu barədə ÜST-ün Azərbaycan nümayəndəliyinin yaydığı məlumatda bildirilib.

“ÜST yeni koronavirus epidemiyasına qarşı cavab tədbirləri ilə bağlı yerli səhiyyə qurumları ilə sıx əməkdaşlıq edir. Yeni koronavirus epidemiyasına dair məlumatları ÜST-nin rəsmi internet səhifəsindən və sosial şəbəkələrdəki səhifələrindən, o cümlədən Azərbaycandakı rəsmi qurumlardan əldə etməyinizi və təşvişə qapılmamağınızı tövsiyə edirik”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, bu gün Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib.

Femida.az

Açar sözlər:

Oxunub: 406