Naxçıvan Qarnizonu Qoşunlarında kompleks məşq keçirilib


20:32     28 Fevral 2020 2020/02/8B351306-5DB5-479A-A691-ACD50ADEFAFA_1582907617.jpeg

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən qoşunların müxtəlif dərəcəli döyüş hazırlığına gətirilməsi məqsədi ilə kompleks məşq keçirilib.

Müdafiə Nazirliyindən Femida.az-a bildirilib ki, məşq çərçivəsində qoşunların bir hissəsi praktiki fəaliyyətlərə cəlb edilib.

Stasionar və səhra idarəetmə məntəqələri açılaraq müasir avadanlıq və vasitələrlə idarəetmə təşkil edilib.

Şərti düşmənin qəfil hücumlarının qarşısının alınması və kəşfiyyat-diversiya qruplarının məhv edilməsi üzrə qəbul edilmiş qərarlara uyğun olaraq aidiyyatı bölmələr fəaliyyət göstərib.

Femida.az

Açar sözlər:

Oxunub: 635