Məhkəmə Əli Kərimli ilə bağlı şikayətə baxdı
21:06 28 Fevral 2020
Bu gün Nəsimi Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nəzarət-Təftiş Komissiyasının keçmiş sədri Aydın Əliyevin partiya sədri Əli Kərimliyə qarşı iddiası üzrə növbəti məhkəmə prosesi keçirilib.
Femida.az xəbər verir ki, hakim Rəşid Səmədovun sədrliyi ilə keçirilən prosesə cavabdeh tərəf qatılmayıb.
Vəkili Vasif Mirzəyev hakimdən Aydın Əliyevin partiya sıralarından kənarlaşdırılması ilə bağlı sənədlərin cavabdeh tərəfin məhkəməyə təqdim etməsini istəyib.
Hakim Rəşid Səmədov vəsatəti təmin edib.
Daha sonra şikayətçi Aydın Əliyev hakimdən söz istəyib. O bildirib ki, 30 ildən çox üzvü olduğu partiyadan Əli Kərimlinin göstərişi ilə qeyri-qanuni şəkildə kənarlaşdırılıb.
Partiya rəhbərliyinin AXCP-nin Nizamnaməsinə məhəl qoymadığını vurğulayan keçmiş MTK sədri üzvlükdən hansı səbəbdən çıxarıldığını bilmədiyini söyləyib.
"Mənim partiya sıralarından kənarlaşmağım qeyri-qanunidir. Bu qərar mənə qarşı ədalətsizlikdir".
Şikayətçi tərəfin çıxışından sonra növbəti məhkəmə prosesinin mart ayının 6-da keçiriləcəyi açıqlanıb.
Femida.az
Oxunub: 698
Oxşar xəbərlər
- Məhkəmə hakimlərinə məzuniyyətə çıxarkən verilən pul vəsaiti azaldılıb
- Məhkəmə Əjdər Olun cəzasını azaldıb
- Məhkəmə Rafael Cəbrayılovun cinayət işinə xitam verib
- Məhkəmə Şakiranın cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edib
- Məhkəmə Bakıda anasını qətlə yetirən şəxslə bağlı qərar elan edib
- Məhkəmə “AzerGold”a qarşı qaldırılmış pul tələbi iddiasını rədd edib
- Məhkəmə məktəblini bıçaqlayan şəxslə bağlı qərar verib
- Məhkəmə rüşvətə görə tutulan həkimlə bağlı qərar elan edib
- Məhkəmə “Tik-Tok”er qızı öldürən şəxslə bağlı qərar elan edib
- Məhkəmə Mahir Quliyevin əmlaklarını müsadirə edib