Tələbələr ən çox BDU-ya köçürülmək istəyib
09:13 29 Fevral 2020
Təhsil Nazirliyi Azərbaycanda tələbələrin daha çox hansı ali məktəblərə köçürülmək üçün müraciət etdiyini açıqlayıb.
Təhsil Nazirliyinin İnformasiya şöbəsinin məsləhətçisi Günay İsgəndərova deyib ki, Bakıda tələbələr bu il fevralın 1-dən 7-dək transfer.edu.az portalı vasitəsilə daha çox Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinə köçürülmək üçün müraciət ediblər. Regionlarda daha çox Gəncə Dövlət Universitetinə, özəl universitetlər arasından isə daha çox Azərbaycan Koorperasiya Universiteti və Odlar Yurdu Universitetinə köçürülmək üçün müraciətlər olunub.
G.İsgəndərova əlavə edib ki, bu gündən başlayaraq, martın 3-dək köçürülən hər bir tələbə köçürüldüyü təhsil müəssisəsinə sənədlərini təqdim etməlidir.
Nazirlik rəsmisi deyib ki, köçürülmə prosesi ildə iki dəfə həyata keçirilir.
Artıq qış sessiyası üzrə köçürülmə prosesinin başa çatdığını deyən G.İsgəndərova bildirib ki, yay sessiyası üzrə tələbə köçürülməsi prosesi iyulun 15-dən 30-dək olacaq.
Qeyd edək ki, bu il qış sessiyasında köçürülmə üçün müraciət edən 2 266 tələbənin müraciəti müsbət cavablandırılıb.
Femida.az
Oxunub: 480
Oxşar xəbərlər
- Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlanıb
- Tələbələrə şad xəbər: Fevralın 16-dan başlayacaq
- Tələbələrin təqaüdü artırıldı - SƏRƏNCAM
- Tələbələrin universitetə girişi belə tənzimlənəcək
- Tələbələrin COVID-19 pasportunun olması tələb olunacaq
- Tələbələrin köçürülməsinin qaydaları açıqlanıb
- Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlanıb
- Tələbələrin 50 faizi dövlət büdcəsi hesabına təqaüd ala biləcək
- Tələbələrin köçürülməsi üçün sənəd qəbulu başa çatır
- Tələbələrin köçürülməsi başladı - Fevralın 7-dək davam edəcək