Bakı polisi bir gündə 30 cinayətin üstünü açdı


09:42     29 Fevral 2020 2020/02/8fb0371c-03bf-48c8-826a-d505e60f2f00_1582954963.jpg


Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.


BŞBPİ-nin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 28-də 30 cinayətin üstü açılıb.

Onlardan 5-i əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdir.

Quldurluq 1, xuliqanlıq üzrə 2, narkotiklərlə əlaqəli 6, baş verən oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 15 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 34 nəfər saxlanılıb.

İtkin düşmüş kimi axtarışı elan olunan 5 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Femida.az

Açar sözlər: #polis  

Oxunub: 350