Azərbaycanın xalq artisti vəfat etdi


09:58     29 Fevral 2020 20_02_29_1582956019.jpg


Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Ağaxan Salmanlı vəfat edib.


Femida.az xəbər verir ki, Gənc Tamaşaçılar Teatrının aktyoru bu gün səhər saatlarında 78 yaşında dünyasını dəyişib.

İş yoldaşı, Əməkdar artist İlham Əsədov "Report"a bildirib ki, ötən gün - fevralın 28-də A.Salmanlının nəvəsinin toyu olub. O, dostları ilə birlikdə nəvəsinin toyunda iştirak edib.

A.Salmanlı bu gün Gənc Tamaşaçılar Teatrının səhnəsində növbəti tamaşada oynamalı idi.

Qeyd edək ki, Ağaxan Əli oğlu Salmanlı 1941-ci il oktyabrın 29-da Suraxanıda anadan olub. 1978-ci ilə Əməkdar artist, 2005-ci ildə Xalq artisti adına layiq görülüb.

Femida.az

Açar sözlər: #xalqartisti  

Oxunub: 1373