Bakıda daha bir narkotik alverçisi tutuldu


10:12     29 Fevral 2020 hebs89.jpg


Bakıda polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.


Femida.az-ın xəbərinə görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1976-cı il təvəllüdlü, əvəllər məhkum olunmuş N.Bağırovdan 4,768 qram heroin və 0,401 qram metamfetamin aşkar olunaraq götürülüb.

Araşdırma zamanı məlum olub ki, N.Bağırov narkotik vasitələrini Abşeron rayon sakini, 1985-ci il təvəllüdlü, əvəllər məhkum olunmuş S.Süleymanova satıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs də saxlanılıb.

Onun üzrərinə baxış keçirilən zaman 0,156 qram heroin və 0,53 metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 396