Atası ilə birlikdə qətl törədən şəxs azadlığa buraxıldı


10:58     29 Fevral 2020 1398947325_mehkeme3.jpg

Xətai Rayon Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Elgün Sadıqovun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması üçün verdiyi təqdimata baxılıb.


Femida.az-ın xəbərinə görə, məhkəmə təqdimatı təmin edib və o, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilib.

Qərardan narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

İttihama görə, 2009-cu ilin dekabrında Abşeron rayonunda məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkünlər - Vilayət Sadıqov və onun oğlu E.Sadıqov Kəlbəcər rayon sakini, məcburi köçkün kimi Xırdalan şəhərində məskunlaşmış 33 yaşlı Gülməmmədov Vaqif Mehman oğlunu qətlə yetiriblər. Hadisə V.Sadıqovun evində baş verib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adamöldürmə) və 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adamöldürmə) maddələri ilə ittiham olunublar.

Məhkəmənin hökmü il hər iki şəxs 12 il müddətinə azadlıqdan məhrum olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 576