Atası ilə birlikdə qətl törədən şəxs azadlığa buraxıldı
10:58 29 Fevral 2020
Xətai Rayon Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Elgün Sadıqovun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması üçün verdiyi təqdimata baxılıb.
Femida.az-ın xəbərinə görə, məhkəmə təqdimatı təmin edib və o, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilib.
Qərardan narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.
İttihama görə, 2009-cu ilin dekabrında Abşeron rayonunda məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkünlər - Vilayət Sadıqov və onun oğlu E.Sadıqov Kəlbəcər rayon sakini, məcburi köçkün kimi Xırdalan şəhərində məskunlaşmış 33 yaşlı Gülməmmədov Vaqif Mehman oğlunu qətlə yetiriblər. Hadisə V.Sadıqovun evində baş verib.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adamöldürmə) və 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adamöldürmə) maddələri ilə ittiham olunublar.
Məhkəmənin hökmü il hər iki şəxs 12 il müddətinə azadlıqdan məhrum olunub.
Femida.az
Oxunub: 577
Oxşar xəbərlər
- Atası marketə düşdü, uşaq maşını işə salıb aşırdı
- Atası həbsdə olan rəis Səbaildəki vəzifəsindən azad edildi
- Atasını öldürən 19 yaşlı oğlanın istintaqı başa çatıb
- Atasının klinikasında gözətçini öldürən şəxs hakim qarşısına çıxarıldı
- Atasını baltalayan qadın psixiatrik müalicə istəyir
- Atasının başdaşı hissələrə bölünüb supermarketə döşəndi - FOTOLAR
- Atasının bədbəxt etdiyi qadın sığınacağa yerləşdirildi
- Atasının bank kartından oğurluq etdi
- Atası ilə dalaşan oğul itkin düşdü
- Atası ilə küçədən zibil toplayan Anjelina məktəbə başladı - FOTO