Siyəzəndə partlayış: xəsarət alan var


13:12     30 Noyabr 2015 v-volgograde-muzhchina-izbil-molotkom-svoego-brata_197.jpeg

Ötən gün axşam saatlarında Siyəzən şəhərində partlayış baş verib.


Femida.az xəbər veri ki, hadisə şəhərin 20 yanvar küçəsi 16 ünvanında yerləşən fərdi yaşayış evində baş verib.

Belə ki, evin hamamında qazla işləyən su qızdırıcı çən partlayıb və nəticədə hamamda olan 1978-ci il təvəllüdlü Siyəzən şəhər sakini Muxtarov Eldəniz Gülbala oğlu ağır yanıq xəsarətləri alıb. O, dərhal Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Vəziyyəti ağır olan yaralıya bədənin 60-65 faizinin 2-3 dərəcəli termik yanığı diaqnozu qoyulub. İlkin tibbi yardımdan sonra o, paytaxtda yerləşən müvafiq tibb müəssisəsinə göndərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 830