DİN Gədəbəydəki qəza ilə bağlı məlumat yaydı


14:15     29 Fevral 2020 big_1405422456_qeza.jpg

Fevralın 28-də saat 11 radələrində Gədəbəy rayonunun Düzyurd kəndi ərazisində rayon sakini Ruslan Hüseynovun idarə etdiyi “VAZ-21011” və Gədəbəy şəhər sakini M.Tağıyevin idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, qəza nəticəsində R.Hüseynov, arvadı Nüşabə və digər 2 sərnişini, habelə digər sürücü xəsarətlə xəstəxanaya yerləşdirilib, R.Hüseynov və N.Hüseynova orada ölüblər.

Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 485