Şəkidə ağır qəza: Ölən və yaralananlar var


14:08     30 Noyabr 2015 seki%20qeza.jpg

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün səhər saatlarında Şəki sakiniləri 1964-cü il təvəllüdlü Ağaismayıl Şahismayıl oğlu Əliyevin idarə etdiyi “VAZ 2106” markalı, 55 BP 452 dövlət nömrə nişanlı avtomobillə 1965-ci il təvəllüdlü Eldar Yaqub oğlu Abdullayevin idarə etdiyi “QAZ-31” markalı, 10 HZ 149 dövlət nömrə nişanlı maşın toqquşub. Nəticədə “VAZ-2106” markalı maşının sürücüsü aldığı xəsarətdən hadisə yerində ölüb. Həmin avtomobildə olan sərnişinlər – sürücünün övladları, 1999-cu il təvəllüdlü Şahismayıl Əliyev, 1998-ci il təvəllüdlü Şahsinə Əliyeva, digər avtomobilin sürücüsü Eldar Abdullayev və onun sərnişini Elgün Nağı oğlu Həşimov aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Xəstəxanadan APA-ya verilən məlumata görə, Şahsinə Əliyeva və Elgün Həşimovun vəziyyətləri ağır olduğundan reanimasiya şöbəsinə yerləşdiriliblər. Digər yaralıların vəziyyəti isə orta-stabildir.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1010