DTX yüksək vəzifəli məmurları rüşvətə görə saxladı
15:05 29 Fevral 2020
Gürcüstanın Borjomi bələdiyyəsinin rəhbəri Levan Lipartiya və Şəhər Şurasının sədri Giorgi Qoqiçaşvili rüşvət alma faktına görə saxlanılıb.
Femida.az xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.
İstintaqla müəyyən olunub ki, şura sədri sahibkardan xüsusi icazənin verilməsi üçün 200 min lari məbləğində rüşvət tələb edib və ilkin olaraq 20 min lari alıb.
Həmçinin müəyyən olunub ki, Borjomi bələdiyyəsinin rəhbəri Bakurianidə qanunsuz tikintinin müdafiəsi üçün həmin sahibkardan 10 500 lari məbləğində rüşvət tələb edib və ilkin olaraq 8 min lari alıb. Məmurun dostu bu faktı bilsə də, cinayət barədə aidiyyəti qurumlara məlumat verməyib. Həmin şəxs də saxlanılıb.
Femida.az
Faktla bağlı xüsusilə böyük məbləğdə rüşvət alma maddəsi üzrə istintaq aparılır. Məmurları 7 ildən 15 ilədək, faktı gizlədən şəxsi isə 3 ildən 7 ilədək həbs cəzası gözləyir (report).
Oxunub: 633
Oxşar xəbərlər
- DTX və DSX birgə əməliyyat keçirib, saxlanılan var
- DTX-nin həbs etdiyi “Broker Əbülfəz” kimdir?
- DTX: Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq edən şəxs həbs edilib
- DTX Bakıda erməni təxribatını ifşa etdi - Düşmənə “işləyən” 15 yaşlı qız tutuldu - VİDEO
- DTX Whatsapp yazışmalarını ələ keçirmək istəyənləri aldadan saxta hakeri məsuliyyətə cəlb edib
- DTX işçilərinin aylıq vəzifə maaşlarının məbləğlərində dəyişiklik təsdiqlənib
- DTX MİDA-da əməliyyat keçirdi - Saxlanılanlar var
- DTX Vətən müharibəsində Ermənistanın S-300 raketlərinin yerlərini müəyyənləşdirmək üçün hazırladığı əməliyyat planını açıqlayıb
- DTX-nin işçilərinin ştat sayı həddində dəyişiklik edilib
- DTX və polis birgə əməliyyat keçirib, saxlanılanlar var