İşlədiyi mağazadan 15 min manat oğurlayan şəxs saxlanıldı
13:24 29 Fevral 2020
Bakının Nəsimi rayonunda brend geyim əşyalarının satıldığı mağazalardan birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, bu barədə Nəsimi Rayon Polis İdarəsinə (RPİ) müraciət edən mağaza direktoru 2019-cu ilin iyun-avqust ayları ərzində obyektdən ümumi dəyəri 15 000 manat olan 30 ədəd geyim əşyasının gizli yolla talandığı barədə məlumat verib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, geyim əşyaları mağazanın satış təmsilçisi Çingiz Rəhimov tərəfindən müxtəlif vaxtlarda dəyərindən ucuz qiymətə satılıb.
O, malları satandan sonra əldə etdiyi pul vəsaitlərini isə kassaya daxil etməyərək mənimsəyib.
Nəsimi RPİ-nin əməkdaşları tərəfindən həmin şəxs saxlanılaraq istintaqa təqdim edilib. Ç.Rəhimov ifadəsində mağaza rəhbərliyi ötən yay istirahətdə olan zaman bu üsulla obyekdən oğurluq etdiyini etiraf edib.
Qeyd edilən faktla bağlı Ç.Rəhimov barəsində Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Femida.az
Oxunub: 717
Oxşar xəbərlər
- Zərdabda silsilə oğurluqda şübhəli bilinən 3 qadın və 1 kişi saxlanılıb
- Ermənistanda qətl, oğurluq, quldurluq, qarət artıb
- Xaçmazda silsilə oğurluqlar edən şəxs saxlanılıb
- Bakıda qadının çantasından oğurluq edən şəxs saxlanılıb
- Ağdaşda anbar və mağazadan oğurluq edən şəxslər saxlanılıb
- Ağdamda mağazadan oğurluq edilib
- Şirvanda çörəkbişirmə sexindən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb
- Ötən ay Sabunçuda narkotik satan və oğurluq edən 117 nəfər saxlanılıb
- Bakıda evdən oğurluq edilib
- Ağdaşda əcnəbi evdən oğurluq edib