Naxçıvanda mülki müdafiə işi müasir tələblər səviyyəsində qurulub


15:37     29 Fevral 2020 2020/02/1582959832424729556_1000x669_1582968544.jpg

Muxtar respublikada mülki müdafiə işinin müasir tələblər səviyyəsində qurulması, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması istiqamətində zəruri tədbirlər uğurla həyata keçirilir.


Femida.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Fövqəladə Hallar Nazirliyi ilə birgə 1 mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbirdə bu barədə danışılıb.

Fondun aparat rəhbəri Rafiq Novruzov çıxışında bildirib ki, tədbirin keçirilməsində məqsəd iştirakçılara mülki müdafiənin məqsəd və prinsiplərinin çatdırılması və həyata keçirilməsinin əhəmiyyətini bir daha xatırlatmaqdır.

Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin baş məsləhətçisi Əbülfəz Qafarov çıxışında muxtar respublikanın mülki müdafiə sistemi, eləcə də mülki müdafiə təbliğatı və əhalinin fəlakət riskinin qarşısının alınması barədə ətraflı məlumat verib. O, fövqəladə hadisələr zamanı xəsarət alanlara yerində ilk tibbi yardımın göstərilməsi, yanğınların qarşısının alınması, yanğına səbəb olan amillərin aradan qaldırılması və digər məsələlərdən bəhs edib. Əbülfəz Qafarov nəzəri biliklərin və praktik vərdişlərin təkmilləşdirilməsini, fövqəladə hallar zamanı təxliyənin təşkili qaydalarına xüsusi diqqət yetirilməsini tövsiyə edib.

Bildirilib ki, gündəlik həyatımızda baş verəcək hadisələrə hər zaman hazır olmalı və davranış qaydalarını bilməliyik. Bu davranış qaydalarını bilməklə və ətrafdakı insanlara öyrətməklə dəyən ziyanı minimuma endirmək və daha az insanın xəsarət almasına nail olmaq mümkündür. Bu səbəbdən əhalinin maarifləndirilməsi, müxtəlif ekstremal vəziyyətlərdə əvvəlcədən hazırlıqlı olması, özünə və qarşılıqlı yardım qaydaları və üsullarını bilməsi mühüm şərtlərdən biridir.

Femida.az

Açar sözlər:

Oxunub: 505