Sabah Yüksəliş müsabiqəsinin qabiliyyət üzrə əsas imtahanı keçiriləcək


17:28     29 Fevral 2020 20_02_29_1582968524.jpg


"Yüksəliş” müsabiqəsində iştirak edən namizədlər sabah qabiliyyət üzrə əsas imtahana qatılacaqlar.


Femida.az xəbər verir ki, əsas imtahanda iştirakçılar abstrakt düşüncənin yoxlanılması üzrə 20 suala ümumilikdə 20 dəqiqə, rəqəmsal məlumatlarla işləmək bacarığının yoxlanılması üzrə 18 sualın hər birinə 2 dəqiqə ərzində cavab verməlidirlər. Verbal məlumatlarla işləmək bacarığının yoxlanılması bölməsində 6 mətn və hər mətnə aid 5 sual (cəmi 30 sual) təqdim olunur. Hər mətni oxumaq üçün 2 dəqiqə, hər suala 2 dəqiqə vaxt ayrılır.

Bu mərhələni də uğurla keçən iştirakçılar onlayn mərhələni başa vurmuş sayılır və onları qarşıda əyani mərhələ gözləyir.

Femida.az

Açar sözlər: #Yüksəliş  

Oxunub: 515