Pərakəndə ticarətdə alıcıya çek verildiyi halda elektron qaimə-faktura tələb olunur?


13:45     29 Fevral 2020 2020/02/1582895197314257781_1000x669_1582968840.jpg

Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların satışı zamanı alıcıya nəzarət-kassa aparatının (NKA) çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) verilir.


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Femida.az-a bildirilib ki, alıcıya elektron qaimə-faktura verildiyi halda, NKA çekinin təqdim edilməsi tələb olunmur.

Həmçinin elektron qaimə-faktura təqdim edilmiş mala görə nəzarət-kassa aparatına vurulmuş məbləğlərin ikiqat vergiyə cəlb olunmaması üçün bu məbləğlər barədə məlumat vergi orqanına təqdim edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 735