BDU-nun Hüquq fakültəsində dəyirmi masa keçirilib


15:46     29 Fevral 2020 2020/02/15828861153930411097_1000x669_1582969079.jpg

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsi “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində “Xocalı soyqırımı: hüquqi problemlər (beynəlxalq və milli kontekstdə)” mövzusunda elmi-praktik dəyirmi masa təşkil edib.


Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb.

BDU-dan Femida.az-a bildiriblər ki, tədbirdə fakültənin dekanı, professor Əmir Əliyev Xocalı soyqırımının tanınması, beynəlxalq aləmdə bu cinayətə hüquqi qiymət verilməsi və bu hadisəni törədən şəxslərin mühakimə olunmasının Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildiyini deyib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada tanınması, faciənin Azərbaycan xalqına qarşı soyqırımı cinayəti kimi qəbul olunması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir.

Tədbirdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi Ülvi Əhmədovun “Xocalı soyqırımının istintaqı”, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlının “Xocalı soyqırımının beynəlxalq siyasi-hüquqi qiymətləndirilməsi”, Daxili İşlər Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəis müavini Elnur Aslanovun “Beynəlxalq cinayətlərə görə təqibin və beynəlxalq axtarışın həyata keçirilməsi” mövzusunda məruzələri dinlənilib.

Daha sonra Cinayət hüququ və kriminologiya kafedrasının müdiri Şəhla Səmədova, Cinayət prosesi kafedrasının müdiri Firuzə Abbasova, Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri Kamil Səlimov, Beynəlxalq ümumi hüquq kafedrasının professoru Əfsər Sadiqov, tarixçi alim Boran Əziz, psixologiya üzrə elmlər doktoru Elnarə Şəfiyeva Xocalı soyqırımı ilə bağlı fikirlərini söyləyib, bu qanlı hadisənin bəşəri cinayət olduğunu vurğulayıblar.

Xocalı faciəsini törədən ermənilərin insan haqlarını kobud şəkildə pozduğunu qeyd edən rektor Elçin Babayev, eyni zamanda, bu gün müstəqil Azərbaycanın inkişaf etdiyini, düşmən tərəfindən zəbt olunmuş torpaqlarımızın tezliklə azad olunacağına əminliyini vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 244