Yolu keçən piyadanı maşın vurub öldürdü


13:53     29 Fevral 2020 piyada2.jpg

Fevralın 28-də saat 22 radələrində Beyləqan şəhəri ərazisində şəhər sakini T.Əzizli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Eyvazalılar kənd sakini Vüsal Səfiyarovu vurub.


Femida.az DİN-in saytına istinadən xəbər verir ki, xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 422