Quba-Bakı yolunda yük maşını qəzaya uğradı


12:50     01 Mart 2020 qeza.jpg

Bu gün Quba - Bakı magistral yolunda yük avtomobilinin sürücüsü idarəetməni itirərək qəza törədib.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə magistral yolun Qaraçay kəndi ərazisində qeydə alınıb.

Belə ki, “60-AC-367” dövlət qeydiyyat nişanlı yük avtomobili hərəkətdə olarkən nəqliyyat vasitəsinin təkəri partlayıb.

Nəticədə, kənd təsərrüfatı gübrələri ilə yüklənmiş avtomobil yol kənarındakı maneəyə çırpılıb.

Hadisə nəticəsində sürücü xəsarət almasa da, avtomobilə və yükə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 444


Oxşar xəbərlər