İranda olan Azərbaycan vətəndaşları ölkəyə təyyarə ilə qaytarılacaq
18:00 01 Mart 2020
Fevralın 29-da İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında sərhədin müvəqqəti bağlanması ilə əlaqədar hazırda İranda olan Azərbaycan vətəndaşlarının ölkəyə qayıtmasını təmin etmək üçün müvafiq tədbirlər həyata keçirilir.
Nazirlər Kabinetinin yanında operativ qərargahdan Femida.az-a verilən məlumata görə, bu məqsədlə martın 4-də İrandan Azərbaycana uçuş reysi təşkil olunacaq və xüsusi dəhliz vasitəsilə vətəndaşların ölkəyə qayıtması təmin olunacaq.
Azərbaycana gəlmək istəyən vətəndaşların ölkəmizin Tehrandakı Səfirliyi və Təbrizdəki Baş konsulluğu ilə əlaqə saxlayaraq qeydiyyatdan keçmələri xahiş olunur.
İrandan təxliyyə olunacaq vətəndaşlar müvafiq müayinə aparılması məqsədilə karantinə yerləşdiriləcəklər.
Xatırladırıq ki, Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə əsasən, koronavirus infeksiyasının aşkarlanması üçün karantin 14-29 gün müddətinə müəyyən edilib.
Azərbaycan Respublikası ərazisində koronavirusun yayılmasının qarşısını almaq üçün bütün vətəndaşların karantin rejiminin tələblərinə riayət etməsi tələb olunur.
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin ünvanı:
Tehran şəhəri, Neyistan 3, Rastovan küçəsi 16
Telefon:
(+98 910) 559 56 10 (+9821) 22 55 82 99 (+9821) 22 55 42 55
Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunun ünvanı:
Təbriz şəhəri, Vəliəsr, Arif küçəsi 9
Telefon:
(+98 902) 095 13 83
(+98413) 333 48 02/04
Femida.az
Oxunub: 788
Oxşar xəbərlər
- İrandan Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb
- İranda məcburi hicaba qarşı kampaniya başlayıb
- İranda yol qəzası olub, 14 nəfər ölüb
- İranda yaşayış binasında partlayış olub, ölənlər var
- İrandan Azərbaycana narkotik gətirən şəxslərin məhkəməsi başlayır
- İrandan Azərbaycana 22 kq-dan artıq narkotikin keçirilməsinin qarşısı alınıb
- İrandan Azərbaycana gətirilən bibərdə virus aşkarlanıb
- İranda partlayış baş verib, ölənlər var
- İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs sərhədçilərə bıçaqla xəsarət yetirməyə cəhd edib
- İrandan gətirilən ərzaqlıq kartofda karantin tətbiq edilən zərərverici aşkar olunub