FHN əməkdaşları Bakıdakı yanğını söndürdü


19:02     01 Mart 2020 20_03_01_1583073246.jpg

Bu gün saat 14.17 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi 7A ünvanında evdə yanğın olması barədə məlumat daxil olub.

Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri saat 14:27 dəqiqədə hadisə yerinə çatıb.

Yanğın nəticəsində bir dam altında tikilən 1954-cü il təvəllüdlü Makarova Taisa Filipovnaya və 1980-ci il təvəllüdlü Markina Anna Levovnaya məxsus hər birinin sahəsi 60 m² olan birmərtəbəli 3 otaqlı evlərin dam örtüklərinin yanar konstruksiyaları (ümumi 120 m², evlərin damörtüyü taxta atma və dəmir örtükdən ibarətdir) və bitişik, 1961-ci il təvəllüdlü Zamanov Sabir Saleh oğluna məxsus ümumi sahəsi 110 m² olan birmərtəbəli mansard tipli evin dam örtüyü 6 m² sahədə yanıb. Hər üç evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Yanğın saat 15:21 dəqiqədə yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 371