Məmmədyarov NATO sammitinə gedir


14:46     30 Noyabr 2015 1433574754_v8.jpg

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun mənzil-qərargahında keçiriləcək xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.


"Report" diplomatik mənbəyə istinadən xəbər verir ki, görüş dekabrın 1-2-də Brüsseldə baş tutacaq.

İclasa NATO baş katibi Yens Stoltenberq rəhbərlik edəcək.

Qeyd edək ki, Azərbaycan NATO-nun tərəfdaş ölkəsi, Əfqanıstandakı ISAF missiyasının iştirakçısıdır.

Açar sözlər:

Oxunub: 1024