Mingəçevirdə tapılmış əl qumbarası zərərsizləşdirilib


21:33     01 Mart 2020 20_03_01_1583091307.jpg

Mingəçevir şəhərinin D.Əliyeva küçəsi ev 16 ünvanında qumbara tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Femida.az-a verilən xəbərə görə, bu barədə məlumat Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən daxil olub.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib və adı qeyd olunmuş əraziyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 610