Koronavirus Rusiyaya çatdı


09:31     02 Mart 2020 2020/01/koronovirus2_1580468432.jpg

Rusiya İstehlakçıların Hüquqları və İnsan Sağlamlığının Müdafiəsi Sahəsinə Nəzarət üzrə Federal Xidməti Moskvada koronavirusa ilk yoluxma faktını təsdiqləyib.



Bu barədə “Lenta.ru” saytı “Baza” Teleqram-kanalına istinadən xəbər verib

Qeyd edilir ki, Rusiyada koronavirus diaqnozunun qoyulması üç mərhələləri prosedur əsasında həyata keçirilir. Əvvəlcə diaqnoz Moskvanın 1 nömrəli infeksion xəstəxanasında qoyulub, daha sonra Xidmət tərəfindən təsdiqlənib. İndi analizlər yekun qərarın çıxarılması üçün “Vektor”a göndərilib.

Bildirilir ki, 1 saylı infeksion xəstəxanada həmin şəxslə eyni palatada daha altı nəfər yatırdı. Kişidə koronavirus aşkarlanan kimi onu ayrı boksa köçürüblər.

Femida.az

Açar sözlər:

Oxunub: 418