Polis əməkdaşları məktəbliləri mükafatlandırıb - FOTO


09:48     02 Mart 2020 2020/03/15829878444147036466_1000x669_4749384501.jpg

Balakən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Hənifə kənd tam orta məktəbində “Narkomaniya ümumbəşəri bəladır” və “Yol hərəkəti qaydalarına riayət edək” mövzularında maarifləndirmə tədbiri keçirilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Femida.az-a bildiriblər ki, Balakən Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mehman Əliyev mövzular ətrafında gənclərə ətraflı məlumat verib. Yeniyetmə və gənclərin zərərli vərdişlərdən çəkindirilməsinin və asudə vaxtlarının səmərəli keçirilməsinin vacibliyini qeyd edib. Narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və fəsadlardan söz açan şöbə rəisi hüquq-mühafizə orqanlarının bu istiqamətdə həyata keçirdiyi qabaqlayıcı tədbirlərdən danışıb.



Rayon polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Vüsal Rüstəmov narkotika bəlası ilə mübarizədə ictimaiyyətin fəallığını xüsusi qeyd edib. Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparılmaqla yanaşı gənclər qarşısında maarifləndirmə məqsədli tədbirlər keçirildiyini də diqqətə çatdırıb.

Daha sonra çıxış edən dövlət yol polisi bölməsinin rəisi Babək Dadaşov yol hərəkəti qaydaları mövzusunda çıxış edərək belə tədbirlər keçirməkdə əsas məqsədlərinin azyaşlıların iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin öyrədilməsi olduğunu bildirib.

Mövzular ətrafında keçirilən inşa müsabiqəsinin qaliblərinə rayon polis şöbəsinin rəisi Mehman Əliyev müxtəlif hədiyyələr təqdim edib, onlara dərslərində uğurlar arzulayıb.



Femida.az

Açar sözlər:

Oxunub: 1008