DİN əməliyyat keçirdi - 2 nəfər saxlanıldı


09:52     02 Mart 2020 2020/03/1583128165962_2qO59K1H_1583128738.jpeg

Lənkəranda oğurluq edərək mağaza sahibinə 6000 manata yaxın ziyan vuran şəxslər tutulub.


DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Lənkəran şəhər sakini Firdovsi Hüseynov polisə müraciət edərək Ələt-Astara magistral yolunun kənarında, rayonun Digah kəndi ərazisində yerləşən ona məxsus mağazadan müxtəlif vaxtlarda 5555 manat dəyərində traktor ehtiyat hissələrinin oğurlandığını bildirib. Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Lənkəran şəhər sakinləri Mail Fərasət oğlu Fərziyev və Tural Rahim oğlu Muradlı olduğu aydınlaşıb. Hər iki şəxs törətdiyi əməli etiraf edərək bildiriblər ki, müxtəlif vaxtlarda oğurladıqları ehtiyyat hissələrini rayondakı metal qəbulu məntəqəsinə satıblar. Faktla bağlı araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 465