Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri vətəndaşları qəbul edəcək


11:22     02 Mart 2020 trend_ali_mehkeme_main2.jpg

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq martın 6-da Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri Şahin Yusifov Kürdəmirdə vətəndaşları qəbul edəcək.


Ali Məhkəmənin mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulu Kürdəmir Rayon Məhkəməsində (ünvan: Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22) saat 10:00 başlanacaq.

Vətəndaşlar qəbula Ali Məhkəmədə, Kürdəmir Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 0502557715 əlaqə nömrələri və ya [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 1107