Nəsimi rayon Məhkəməsi bu şirkəti cərimələdi


11:24     02 Mart 2020 2020/03/nesimi-rayon1_1583133927.jpg

Nəsimi rayon Məhkəməsi “Sem-AZ” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 000 avro cərimə edilməsi barədə qərar çıxarıb.


Femida.az
-ın xəbərinə görə, Mərkəzi Bank valyuta tənzimi qaydalarını pozulmasına görə şirkət barəsində inzibati protokol tərtib edib.

Məhkəmə protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilib.

Qərardan verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, 2009-cu ildə yaradılan “Sem-AZ” şirkəti Azərbaycanda fiziki-kimyəvi laboratoriyaların avadanlıqlarla təchiz olunması, servis xidməti və işçi kadrlarının hazırlanması üzrə ixtisaslaşıb. Şirkət “Agilent Technologies” və bir sıra digər şirkətlərin Azərbaycanda rəsmi təmsilçisidir.

Femida.az

Açar sözlər:

Oxunub: 2420