Cinayət törədən 63 nəfər saxlanılıb


12:43     02 Mart 2020 2019/11/hebs_yeni234_1574235740.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən 2 gün ərzində törədilmiş 30 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə, ümumilikdə 29 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 455