Keçmiş məhkum bu dəfə qoz ləpəsinə görə tutuldu


14:58     02 Mart 2020 2020/03/announced_95bb86d4068c23fd456b348518504880_1583146864.jpg

Qəbələdə bazardan oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, martın 1-də rayonun Nic qəsəbəsindəki bazarda Bum qəsəbə sakini İ.Babayevin “QAZ-3110” markalı avtomobilindən 169 manat dəyərində 13 kiloqram, Ağdaş rayon sakini A.Rəsulovun “VAZ-21011” markalı avtomobilindən isə 936 manat dəyərində 72 kiloqram qoz ləpəsi oğurlanıb.

Qəbələ rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Balakən rayon sakini, əvvəllər məhkum olunmuş A.Qasımov saxlanılıb.

Açar sözlər:

Oxunub: 511