Azərbaycanın BMT-yə üzv olmasından 28 il keçdi


17:04     02 Mart 2020 bmt0.jpg

Martın 2-də Azərbaycan Respublikasının BMT-yə üzv olmasının 28 ili tamam oldu.


Femida.az xəbər verir ki, 1992-ci ilin 2 mart günü BMT Baş Assambleyasının 46-cı sessiyasında Azərbaycanın üzvlüyüə qəbul olunmasına dair qətnamə qəbul edilib. Bununla bağlı BMT-nin Nyu-Yorkdakı qərargahının qarşısında Azərbaycanın dövlət bayrağı qaldırıldı, mayın 6-dan isə təşkilatın yanında ölkəmizin daimi nümayəndəliyi fəaliyyətə başladı.

İlk gündən etibarən Azərbaycan BMT platformu, kürsüsü vasitəsilə dünya ictimaiyyətinin diqqətini Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasətinə yönəltməyə, münaqişənin sülh yolu ilə həllinə səy göstərib.

Femida.az

Açar sözlər:

Oxunub: 620