Axtarışda olan şəxs ələ keçdi


18:49     02 Mart 2020 hebs5.jpg

Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 14-də rayon ərazisindəki evlərin birindən 450 manat, 14000 rubl, mobil telefon və qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Yuxarı Nüvədi kənd sakini S.Əkbərov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 718