Seyran Ohanyan 2 milyon dollarlıq mənimsəmədə ittiham olunur


20:31     02 Mart 2020 20_03_02_1583166755.jpg

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan 2 milyon dollar dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

Femida.az TASS-a istinadən xəbər verir ki, Ermənistanın Xüsusi İstintaq Xidməti eks-nazirə qarşı bu ittihamı irəli sürüb. Onun barəsində olduğu yeri tərk etməmək barədə imkan tədbiri seçilib.

Qeyd olunub ki, o, nazir olduğu 2010-cu ildə Ermənistan "Dzora Su Elektrik Stansiyası" QSC özəlləşdirilərkən saxtakarlığa yol verib. Bu yolla 3.6 milyard dram (təxminən 2 milyon dollar) mənimsəyib. Belə ki, həqiqi dəyəri 4 646 400 000 dram olan QSC 1.046.400.000 drama özəlləşdirilib və dövlətə külli miqdarda ziyan vurulub.

Qeyd edək ki, Ohanyan 2008-2016-cı illərdə nazir olub.

Açar sözlər:

Oxunub: 3183