Nazir müavini Yevlaxda vətəndaş qəbulu keçirəcək


11:45     03 Mart 2020 2020/03/FB_IMG_1583227138309_1583227351.jpg

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ədliyyə nazirinin müavini Vilayət Zahirov martın 6-da Yevlax rayonunda vətəndaşları qəbul edəcək.

Ədliyyə Nazirliyi Mətbuat xidmətindən Femida.az-a məlumat verilib.


Yevlax şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: Yevlax şəhəri, Nizami küçəsi, 61) keçiriləcək qəbulda Yevlax, Ağdaş və Goranboy rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.
Vətəndaşlar qəbula Bərdə regional ədliyyə idarəsi (ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti 77; əlaqə telefonları: (02020) 5-43-07, (051) 958-50-69), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Yevlax şəhəri Heydər Əliyev Mərkəzində yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün həmin gün keçiriləcək qəbula nazirliyin elektron xidmətlər portalı (www.exidmet.justice.gov.az) vasitəsilə elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb.

Femida.az

Açar sözlər: #ədliyyə  

Oxunub: 1915