Koronavirusla bağlı "İçərişəhər"ə turist axınında dəyişiklik olmayıb


11:53     03 Mart 2020 20_03_03_1583222147.jpg

"Koronavirusun qaşısının alınması məqsədi ilə dövlət səviyyəsində tədbirlər görülür.



Bu virusla bağlı "İçərişəhər"ə turist axınında dəyişiklik hiss etməmişik".

Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Idarəsinin aparat rəhbəri Riyad Qasımov deyib.

"Ümid edirik ki, tədbirlər nəticəsində virus bizə "İçərişəhər"ə turist axınına böyük təsir etməyəcək", - R.Qasımov əlavə edib.

Aparat rəhbəri bildirib ki, hər il olduğu kimi martın 19-dan 29-a kimi Novruz bayramı ilə əlaqədar kütləvi tədbirlərin keçirilməsinə məhdudiyyət qoyulmayacaq:

"Bildiyiniz kimi, Novruz ərəfəsində ölkəmizə iranlı turistlər də axın edir. Biz çalışacağıq ki, turistlərlə bağlı hər hansı şübhəli məqama rast gəlinərsə, müvafiq dövlət qurumlarına məlumat verilsin".

R.Qasımov "İçərişəhər" Dövlət Tarix-Memarlıq Idarəsinin tabeliyində olan muzeylərin daim dezinfeksiya edildiyini bildirib.

Açar sözlər:

Oxunub: 590