Azərbaycanda fevralda dövlət xətti ilə 360 ipoteka krediti verilib
11:58 03 Mart 2020
Bu günə qədər Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin məbləği 1 419 milyon manat təşkil edib.
Femida.az İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 22,923 milyon manat, yaxud 1,6% çoxdur.
Ötən ay dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 360 vahid artaraq 27 975-dən 28 335-ə çatıb.
Fond dövlət xətti ilə zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləğini də açıqlayıb. Bu məbləğ fevralda 7,8 milyon manat artaraq 77,524 milyon manat olub.
Ötən ay Fondun dövriyyədə olan istiqrazlarının dəyəri isə 6,342 milyon manat və yaxud 0,9% azalaraq 718,166 milyon manatdan 711,824 milyon manata düşüb.
Femida.az
Oxunub: 648
Oxşar xəbərlər
- Azərbaycanda tibb işçilərinə güzəştli ipoteka krediti veriləcək
- Azərbaycanda jurnalistlər güzəştli ipoteka əldə edə biləcəklər
- Dövlət xəttilə verilən ipotekaların sayı 35 mini ötüb
- Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 2 dəfədən çox artıb
- İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb
- Ombudsmandan “ipoteka” təklifi
- İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr müavini təyin edilib
- İpoteka krediti alanların aylıq gəlirinin hesablanması qaydası dəyişib
- İndiyədək 31 mindən çox ipoteka krediti verilib
- Ötən il dövlət 257,5 milyon manat ipoteka krediti verib