Dövlət başçısı Goranboy Mərkəzi Xəstəxanasının açılışında iştirak etdi


15:22     03 Mart 2020 2020/03/d5726603-c332-4a2d-a108-0353cbdddad4_1583234642.jpg


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 3-də Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər.


Femida.az xəbər verir ki, dövlət başçısı əvvəlcə xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.

Səhiyyə naziri Oqtay Şirəliyev görülən işlər barədə dövlət başçısına və birinci xanıma məlumat verib.

Prezident İlham Əliyev xəstəxanada yaradılan şəraitlə tanış olub.

Sonra Prezident İlham Əliyev bu tibb ocağının kollektivi ilə görüşüb.

Femida.az

Açar sözlər: #Goranboy  

Oxunub: 259