İlham Əliyev 4 rayonda qazlaşdırma işlərinə vəsait ayırdı


21:13     03 Mart 2020 2019/12/prezident_esass_1576734705.jpg

Prezident İlham Əliyev Ağstafa, Gədəbəy, Şəmkir və Tovuz rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Femida.az-ın məlumatına görə, sərəncamla Ağstafa, Gədəbəy, Şəmkir və Tovuz rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 8,19 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.

Ağstafa rayonu
1. Dağ Kəsəmən kəndində yeni massiv

Gədəbəy rayonu
1. Arıqıran kəndi
2. Gərgər kəndi
3. Qasımlı kəndi

Şəmkir
1. Aşağı Çaykənd kəndi
2. Şəmkir şəhərində 2 yeni massiv

Tovuz rayonu
1. Cirdək kəndi
2. Çatax kəndi

Femida.az

Açar sözlər:

Oxunub: 848