Zakir Həsənov düşmənlə üzbəüz mövqelər üçün tapşırıqlar verdi - VİDEO


09:56     04 Mart 2020 2020/03/1583300700430_1FqQsF8p_1583301540.jpeg

Genişmiqyaslı komanda-qərargah təlimləri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yaradılmasının ildönümü qeyd edilən cəbhəboyu zonada yerləşən hərbi hissələrdən birinin ön xətt bölmələrində olublar.


Bu barədə Femida.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bölmələrin döyüşə hazırlıq səviyyəsini yoxlayan Müdafiə naziri Ermənistan silahlı qüvvələrinin üzbəüz yerləşən mövqelərini müşahidə edib və müvafiq tapşırıqlar verib. Sonda ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilib və onlarla çay süfrəsi arxasında söhbət aparılıb.



Femida.az

Açar sözlər:

Oxunub: 876