Aviasiya qüvvələri döyüşə hazırdır


16:52     30 Noyabr 2015 aviasiya.jpg

Dövlət Sərhəd Xidmətinin (DSX) döyüş hazırlığı proqramına uyğun olaraq çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin döyüş hazırlığı səviyyəsi yoxlanılıb.


DSX-nın mətbuat mərkəzindən Femida.az-a verilən məlumata görə, ilkin olaraq dövlət sərhədini pozmuş şərti terrorçu dəstənin olduğu yerin dəqiqləşdirilməsi üzrə kəşfiyyat aparma imkanları və müəyyən edilmiş rayona helikopterlərlə desant çıxarma bacarıqları yoxlanılıb, desantın paraşüt tullanışları müvəffəqiyyətlə yerinə yetirilib.

"Həyəcan" komandası ilə qaldırılan çevik hərəkət bölmələri cəmləşmə rayonuna vaxtında çatıb və döyüş tapşırığının dərhal icrasına başlayıblar. Müəyyən olunan hədəflərə qarşı helikopterlərin idarə olunan raket komplekslərindən atışlar dəqiqliklə yerinə yetirilib.

Çevik hərəkət bölmələrinin mürəkkəb relyefli çətin keçilən dağlıq ərazidə zirehli texnikalarda döyüş bacarığı və atış imkanları, çevik hərəkət bölmələri aviasiya qüvvələri arasında əlaqəndirmənin səviyyəsi və həmin bölmələrin idarəetmə orqanlarının birgə fəaliyyəti yoxlanılıb. Aviasiya və döyüş texnikasının yüksək manevr imkanları, bölmələrin şəxsi heyəti tərəfindən möhkəm intizam və peşəkarlıq nümayiş etdirilib.

Yoxlama tədbirlərini Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, Dövlət Sərhəd Xidmətinin rəisi- Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev izləyib.

Yoxlamaya cəlb olunan bölmələrin döyüş qabiliyyəti yüksək qiymətləndirilib, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmr və tapşırıqlarının icrasının təmin edilməsi üzrə əlavə göstərişlər verilib.

Açar sözlər:

Oxunub: 1118


Oxşar xəbərlər