Məktəblərin 50 faizi dezinfeksiya olunub


13:38     04 Mart 2020 mekteb%20direktoru.PNG

Xəzər rayonu Buzovna qəsəbəsində 5 nömrəli peşə təhsili müəssisəsində dezinfeksiya işləri aparılıb.


Femida.az-ın məlumatına görə, media nümayəndələri dezinfeksiya prosesini izləyiblər.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov jurnalistlərə açıqlamasında bildirib ki, bu proses bir neçə gündür bütün təhsil müəssisələrində aparılır: "Artıq ümumtəhsil müəssisələrinin təxminən 50 faizə qədəri dezinfeksiya olunub. Bu gün və növbəti günlərdə həmin say daha da artacaq. Bütün təhsil müəssisələrində dezinfeksiya işlərinin aparılması təmin olunacaq".

C.Valehov qeyd edib ki, Bakıda və bölgələrdə, Azərbaycanın bütün coğrafiyasında ümumtəhsil məktəblərində, bağçalarda, ilk peşə təhsil müəssisələrində, orta ixtisas və universitetlərdə dezinfeksiya işləri aparılır: "Bildiyiniz kimi, Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə martın 3-dən 9-dək bütün təhsil müəssisələrində təhsil, təlim-tərbiyə işləri dayandırılıb. Bunun da əsas mahiyyəti budur ki, təhsil müəssisələrində tibbi-profilaktik tədbirlərin görülməsi daha intensiv şəraitdə həyata keçirilsin. Bu işlər bütün aidiyyəti qurumların iştirakı ilə uğurla həyata keçirilir".

Femida.az

Açar sözlər:

Oxunub: 603