Səfər Mehdiyev Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri ilə görüşüb
14:47 04 Mart 2020
Martın 4-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr ilə görüşüb.
Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, sədr Səfər Mehdiyev Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, əməkdaşlığın yüksək səviyyədə olduğunu, iki ölkənin dövlət başçılarının dostluq münasibətlərinin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gömrük sistemində aparılan islahatlar gömrük prosedurlarının sadələşdirilməsinə, ölkənin ixrac və tranzit potensialının artmasına, şəffaflığın təmin olunmasına, beynəlxalq ticarətin asanlaşdırılmasına, gömrük işinin müasir tələblərə uyğun qurulmasına şərait yaradıb.
Səfər Mehdiyev Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ticarət dövriyyəsinin inkişaf etdiyini, lakin hər iki dövlətin idxal-ixrac əməliyyatlarının həcminin artırılması ilə bağlı daha böyük imkana malik olduğunu bildirib və bu imkanlardan maksimum yararlanmağın vacibliyini diqqətə çatdırıb.
Səfər Mehdiyev daha sonra hər iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı münasibətlərinə toxunaraq gömrük işinin təşkili istiqamətində əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.
Səfir Haməd bin Abdullah bin Səud bin Xudeyr Səudiyyə Ərəbistanı Krallığının Azərbaycanla əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayıb.
Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirən səfir iqtisadi-ticari, investisiya, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu diqqətə çatdırıb.
Səfir eyni zamanda, iki ölkənin gömrük orqanları arasındakı əlaqələrin daha da gücləndirilməsinin, ticarət dövriyyəsinin artırılmasının zəruriliyini bildirib. O, ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.
Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Femida.az
Oxunub: 547
Oxşar xəbərlər
- Səfər Mehdiyev Abşeronda vətəndaşları qəbul edəcək
- Səfərbərlik Xidmətinin rəisinə yeni müavin təyin edilib
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yaydı
- Səfərbərlikdən tərxis edilənlərin müraciətləri üzrə komissiya bölgələrdə də fəaliyyətə başlayır
- Səfər Mehdiyev ÜGT-nin Baş katibinin müavini ilə görüşüb
- Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiya yaradılıb
- Səfərbərlik Xidməti çağırışçılara müraciət edib
- Səfərbərliyə cəlb edilən tələbələrə güzəşt müəyyənləşib
- Səfərbərliyə çağırılmış vətəndaşların tərxisi ilə bağlı RƏSMİ AÇIQLAMA
- Səfərbərliyə cəlb olunan şəxslər əmək haqlarını necə alacaqlar? - RƏSMİ AÇIQLAMA