Novruzda əfv olacaqmı?


16:14     04 Mart 2020 9%20mart%20efv5.jpg


Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilmir.

Femida.az xəbər verir ki, bu barədə Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev yenisabah.az-a açıqlamasında deyib:

"Bu il fevral ayının 9-da nəvbədənkənar parlament seçkiləri keçirildiyinə görə Əfv Komissiyasının iclasları keçirilmədi. Yəqin ki, Novruz bayramında əfv sərəncamı imzalanmayacaq. Ancaq inanıram ki, cənab Prezident il ərzində məhkum ailələrini sevindirəcək, sərəncam imzalayacaq. Onsuz da Azərbaycanda qanunvericiliyin dinamikləşdirilməsi istiqamətində mühüm addımlar atılır və yeni qanunlar qəbul olunur. Ötən il məhkəmə - hüquq islahatlarının keçirilməsi ilə bağlı prezidentin fərmanı odu. Orda göstərilir ki, cəzaların dekriminallaşdırılması istiqamətində qanunvericilikdə dəyişikliklər hazırlansın. Bununla bağlı müəyyən təkliflər hazırlanıb. Həmin təkliflər qəbul olunduqdan sonra Əfv Komissiyasında da həmin qanunlar tətbiq olunacaq. Əfv verilməsə də, komissiyanın struktur bölmələri işləyir, ərizələr qəbul olunur, şikayətlərə baxılır. Sadəcə, Əfv Komissiyasının iclasları sədr tərəfindən çağırılır. Ancaq məlum olduğu kimi, hazırda sədr postu boşdur, yəqin ki, sədr təyin olunandan sonra komissiyanın iclasları keçiriləcək".

Femida.az

Açar sözlər: #əfv  

Oxunub: 832