Xızıda qumbara tapıldı


18:50     04 Mart 2020 2020/03/93736d7b-f283-4fab-80f4-390b12c6b313_1583327964.jpg

Martın 4-ü saat 11:02-də Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində əl qumbarasının tapılması barədə məlumat daxil olub.


ANAMA-dan Femida.az - a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçən itlərdən ibarət kinoloji qrupları, Xızı Rayon Polis Şöbəsinin (RPŞ) və Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd üzərində partladıcısı (UZRQM) olan F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün xüsusi təyinatlı konteyner (FONTAN) vasitəsilə götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının ətrafında 1 000 kv.m əraziyə yerüstü, 200 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Açar sözlər:

Oxunub: 823