Göygöldə top mərmisi tapılıb
20:01 04 Mart 2020
Martın 4-ü saat 12:59-da Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Göygöl rayonu, Gəncə-Şəmkir yolu ərazisində yerləşən “Banu” mebel evinin yaxınlığında təmizlik işləri aparılarkən köhnə partlamamış top mərmisinin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Femida.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Göygöl Rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tərkibində partlayıcı maddə olmayan 85 mm-lik top mərmisi (OF-416) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmisinin ətrafında 200 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Femida.az
Oxunub: 897
Oxşar xəbərlər
- Göygöldə itkin düşən məktəbli tapılıb
- Göygöldə yol qəzasında ölənlərin sayı 5-ə çatıb
- Göygöldə avtomobil qəzası olub, ölən var
- Göygöldə və Yevlaxda qətl törətdən müəllimin məhkəməsi başlayır
- Göygöldə iki yük avtomobili toqquşub, Türkiyə vətəndaşı ölüb
- Göygöldə minik maşını aşıb, sərnişin ölüb
- Göygöldə avtomobil piyadanı vuraraq öldürüb
- Göygöldə oğurluq edən şəxslər saxlanılıb
- Göygöldə evdən oğurluq edən keçmiş məhkumlar saxlanılıb
- Göygöldə avtomobillərinə konstruksiya dəyişikliyi edən sürücülər saxlanılıb