Nazir və müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək


09:57     05 Mart 2020 20_03_05_1583387932.jpg

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 2020-ci ilin mart ayının 13-də saat 11:00-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Siyəzən rayon Heydər Əliyev Mərkəzində (Siyəzən şəhəri, Heydər Əliyev küçəsi, 90) Siyəzən və Şabran rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.


Mədəniyyət Nazirliyindən Femida.az-a verilən məlumata görə, həmin gün saat 11:00-da Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Quba rayon Heydər Əliyev Mərkəzində (Quba şəhəri, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı) Quba və Qusar rayonlarından, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Xaçmaz rayon Tarix-Diyarşünaslıq Muzeyində (Xaçmaz şəhəri, Heydər Əliyev prospekti, 2) Xaçmaz rayonundan olan vətəndaşları qəbul edəcək.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, ex.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 512