Səhiyyə naziri koronovirusla bağlı iclas keçirdi
10:15 05 Mart 2020
Martın 4-ü 2020-ci il tarixdə Səhiyyə Nazirliyində geniş müşavirə keçirilib.
Səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə keçirilən iclasda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta Dövlət Agentliyinin müvafiq strukturlarının rəhbər və əməkdaşları iştirak ediblər.
Müşavirədə qeyd edilib ki, epidemiya təhlükəsinə qarşı tədbirlər Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri nəzərə alınmaqla, birgə səylərlə davam etdirilməlidir.
Koronavirusla mübarizə sahəsində keçirilən müşavirədə xəstələrin müalicə və profilaktikası məsələlərinin səmərəli təşkili, eləcə də əks-epidemik tədbirlərin səmərəliliyinin daha da artırılması istiqamətində işlərin gedişi müzakirə olunub.
Ölkədə kifayət qədər test ehtiyatının olduğu vurğulanıb və ehtiyac yarandığı təqdirdə ölkəyə gətirilməsi imkanları müzakirə edilib.
Müşavirədə xarici ölkələrdən gələn vətəndaşların yoxlanılması, və yoxlamaya cəlb edilmək üçün səbəb ola bilən əlamətlərin siyahısı müəyyənləşdirilib.
Oxunub: 593
Oxşar xəbərlər
- Səhiyyə Nazirliyi Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət edib
- Səhiyyə naziri valideynlərə müraciət edib
- Səhiyyə Nazirliyi yuxu və qida rejimi ilə bağlı sürücülərə müraciət edib
- Səhiyyə naziri qapalı məkanlarda maska tələbinin ləğvi məsələsinə münasibət bildirib
- Səhiyyə qurumları “Peyvənd sertifikatı” ilə bağlı əhaliyə çağırış edib
- Səhiyyə Nazirliyindən əhaliyə VACİB ÇAĞIRIŞ
- Səhiyyə nazirinin 4 müavini işdən çıxarılıb, yeniləri təyin olunub
- Səhiyyə Nazirliyi “Omikron”la bağlı yenidən əhaliyə müraciət edib
- Səhiyyə Nazirliyi, Dövlət Agentliyi və TƏBİB vətəndaşlara müraciət edib
- Səhiyyə Nazirliyi "Omikron"la bağlı əhaliyə çağırış edib