Kolleclərə qəbul üçün 13 mindən çox abituriyent sənəd verib


10:28     05 Mart 2020 2019/07/kollec-erize_1562053412.jpg


İndiyədək ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 13072 nəfər sənəd verib.


Dövlət İmtahan Mərkəzindən Femida.az-a verilən məlumata görə, həmin abituriyentlərin 12682-i Azərbaycan bölməsi, 390-ı rus bölməsi üzrə sənəd verib.

Ərizələrin qəbulu 11 mart saat 23:59-dək davam edəcək.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).

Femida.az

Açar sözlər:

Oxunub: 600